Pakistanda məscidin damının uçması nəticəsində 5 nəfər həlak olub
Pakistanın Karaçi şəhərində tikilməkdə olan məscidin müvəqqəti dam örtüyünün çökməsi nəticəsində ən azı 5 nəfər həlak olub, 15 nəfər yaralanıb.
10 İyun 2016 16:42 SosialPakistanın Karaçi şəhərində tikilməkdə olan məscidin müvəqqəti dam örtüyünün çökməsi nəticəsində ən azı 5 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Bu barədə "RİA Novosti" xəbər verir.
Hadisə möminlərin cümə namazına toplaşdığı zaman baş verib.
Tikintisi başa çatmayan binada metal təbəqələrdən və dəstəkləyici borulardan istifadə etməklə, müvəqqəti dam quraşdırılıbmış.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00