Binəqədidə yaradıcılıq festivalı keçirilib

Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı , Binəqədi Rayon Gənclər və İdman İdarəsi və 26 №li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında "15 İyun-Milli Qurtuluş Günü"nə həsr olunan "Azərbaycan Səninlədir-Sənsiz deyil" VI yaradıcılıq festivalı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,
tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllüləri, müəllimlər və valideynlər iştirak ediblər. Mükafatları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, millət vəkilləri Kamaləddin Qafarov, Azay Quliyev və Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov təqdim etdilər. Tədbirdə
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək müsabiqə iştirakçılarını təbrik edib, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirib. Festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünün qeyd olunması, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yeniyetmələr və gənclər arasında geniş təbliğ edilməsi, yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00