Əbülfəs Qarayev Samux rayonunda vətəndaşlarla görüşüb
İyunun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Samux rayonundakı Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından vətəndaşları qəbul edib.
10 İyun 2016 16:30 Sosialİyunun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Samux rayonundakı Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyasına baxıb. Mərkəzdə istedadlı gənc rəssam Xuraman Kazımlının fərdi sərgisi ilə tanış olan nazir ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşlar tərəfindən müxtəlif mövzularda müraciətlər, bir sıra təklif və təşəbbüslər səsləndirilib. Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib. Nazir jurnalistlərə müsahibəsində bildirib ki, mütəmadi olaraq keçirilən bu cür görüşlər bir çox məsələlərin operativ həllinə imkan yaradır.