Aprel müharibəsi zamanı ermənilər tərəfindən dağıdılan evlər bərpa olunur
10 İyun 2016 16:30 SosialAprel ayı ərzində Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində ermənilərin təxribatı nəticəsində dinc əhalin yaşadığı cəbhəyanı kəndlərdə yüzlərlə evə ziyan dəyib. Onlardan 50 ev daha ciddi zərər çəkmiş, 8 ev tamamilə dağıdılıb. Ölkə prezidenti cənab ilham Əliyevin ayırdığı vəsait hesabına qısa zamanda bu dağıdılan evlərdə təmir tikinti işləri başlanılmış və sürətlə davam etdirilir. "OLAYLAR"-ın xəbərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov cəbhəyanı kəndlərdə tikintinin gedişi ilə mütəmadi olaraq tanış olur, bərpa və yenidən tikilən evlərə baxış keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00