Gəmiçilik “Poseydoniya-2016” sərgisində

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sədrinin birinci müavini Zamiq İsmayılovun başçılığı ilə nümayəndə heyəti Yunanıstan paytaxtında “Poseydoniya-2016” sərgisində iştirak edir. “OLAYLAR”-ın xəbərinə görə, sərgi ilə yanaşı, konfrans, seminar və görüşlər müxtəlif ölkələrdən gəlmiş biznes nümayəndələri, iri dənizçilik şirkətləri üçün yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından çox önəmlidir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sədrinin birinci müavini Zamiq İsmayılovun başçılığı ilə nümayəndə heyəti Yunanıstan paytaxtında "Poseydoniya-2016" sərgisində iştirak edir. "OLAYLAR"-ın xəbərinə görə, sərgi ilə yanaşı, konfrans, seminar və görüşlər müxtəlif ölkələrdən gəlmiş biznes nümayəndələri, iri dənizçilik şirkətləri üçün yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından çox önəmlidir. Avropada ən nüfuzlu biznes platformalarından sayılan və iki ildən bir keçirilən "Poseydoniya-2016" çərçivəsində Gəmiçiliyin nümayəndələri insan resurslarından səmərəli istifadəyə və dəniz təhlükəsizliyinin idarə edilməsinə dair seminarlarda müzakirələrə qoşulublar, dəniz nəqliyyatı sahəsində innovasiyalarla tanış olublar. Bununla yanaşı, müxtəlif beynəlxalq təşkilatların, təsnifat cəmiyyətlərinin, dənizçilik təhsili müəssisələrinin təmsilçiləri ilə çoxsaylı görüşlər keçirilib, qarşılıqlı faydalı münasibətlərin qurulması perspektivləri müzakirə edilib. Həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 2018-ci ildə Poseydoniya sərgisində iştirakı ilə əlaqədar məsələlər də diqqət mərkəzində olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00