Ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edib
10 İyun 2016 16:22 Sosial"Xalqımızın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 15 iyun 1993-cü ilədək ağır dövr yaşayıb. O dövrdəki mühit dözülməz idi, hətta yenicə qazanılmış dövlət müstəqilliyin itirilməsi var idi". "OLAYLAR"-ın xəbərinə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, belə bir çətin zamanda Azərbaycan xalqı təkidlə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. 1993-cü ilin iyunun 15-də Ulu öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçildiyini və həmin tarixin Milli Qurtuluş Günü kimi tariximizə düşdüyünü deyən Məlahət İbrahimqızı Ümummilli liderimizin hakimiyyətə qayıtması ilə Azərbaycanın fəlakətdən, xaosdan, böhrandan xilas olduğunu bildirib: "Məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb".