Jurnalistlər üçün yeni Qarabağ müsabiqəsi

Qarabağın Azərbaycanlı İcması ilə Parlament Jurnalistlər Birliyi (PJB) Milli Mətbuatımızın yaranmasının 141 illiyi ilə bağlı jurnalistlər arasında "Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?" mövzusunda müsabiqə elan edir. Bu barədə "OLAYLAR"-a məlumat verən PJB sədri Elşad Eyvazlı qeyd edib ki, müsabiqəyə təqdim olunacaq yazilar 2 istiqamətdə - "2016 - cı ilin aprel hadisələri" və "Milli Mətbuatımızının formalaşmasında Qarabağ" olacaq: "Hər istiqamət üzrə 3 qalib yer müəyyənləşdiriləcək: I yer - 500 manat (1 yer), II yer - 300 manat (1 yer), III yer - 200 manat (1 yer). Müsabiqəyə 2016-cı il iyunun 10-dan iyulun 15-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar daxil ola bilər". PJB sədri artıq müsabiqə ilə bağlı münsiflər heyətinin formalaşdığını da bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00