HİV virusu ilə bağlı həyəcan təbili

Rusiya səhiyyə naziri ölkədə HİV virusunun yayılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.

Rusiya səhiyyə naziri ölkədə HİV virusunun yayılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.

Musavat.com bildirir ki, Rusiya səhiyyə naziri Veronika Skvortsova ölkədə immun çatışmazlığı virusuna yoluxanların sayının 2015-ci il ərzində 120 minə çatdığını söyləyib.

"Bu nəticə artıq təkcə düşünmək üçün deyil, bütünlükdə situasiyanın dəyişməsindən ötrü təcili tədbirlərin qəbul edilməsinin labüdlüyünü göstərir", - deyə o, BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxışında bildirib.

Nazir Skortsova HİV virusunun narkotik vasitələrin kütləvii tranziti ilə sıx bağlı olduğunu söyləyib.

Nazirin sözlərinə görə virusun ən çox yayıldığı bölgələr Sverdlovsk, İrkutsk, Kemerovo, Perm və Xantı-Mantiysk vilayətləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00