Uşaq hüquqlarının pozulmasının qarşısı alınacaq

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsinin icrası çərçivəsində növbəti fəaliyyət kimi orta məktəblərin uşaq birliklərinin rəhbərlərinin və psixoloqlarının iştirakı ilə 3 günlük təlimləri yekunlaşdırıb.

"Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Uşaq hüquqlarının pozulmasının qarşısının alınması" layihəsinin icrası çərçivəsində növbəti fəaliyyət kimi orta məktəblərin uşaq birliklərinin rəhbərlərinin və psixoloqlarının iştirakı ilə 3 günlük təlimləri yekunlaşdırıb. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, təlimdə uşaq hüquqları ilə bağlı milli və beynəlxalq qanunvericilik, uşaqların hüquqlarının qorunması yolları, uşaqların zorakılıqdan müdafiəsi, zorakılığa məruz qalan uşaqların sosial reabilitasiyası və onların valideynləri ilə iş məsələləri geniş müzakirə edilib. Təlimdə 12 orta məktəbdən 23 nəfər iştirak edib. İştirakçılar qrup müzakirələrində zorakılığa məruz qalmış, hüquq pozuntusu törətmiş, erkən nikahların qurbanı olmuş və təhsildən yayınmış uşaqlarla bağlı müzakirələr aparıblar və təqdimatlar ediblər. Təlimdə Uşaq Birliklərinin Strateji İnkişaf Planı Sənədi müzakirə olunub və təkliflər hazırlanıb. Eyni zamanda Psixoloji Xidmət haqqında Qanunda nəzərdə tutulmalı məsələlər və hazırlanmış təkliflər müzakirə edilib. İştirakçıların Narınc Uşaq Psixologiya Mərkəzinə səfəri təşkil edilib və praktik fəaliyyətlərlə yaxından tanış olublar. Təlimlərdə Ombudsman Aparatının Şöbə müdiri Faiq Ağayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Fərid Ədilov çıxış edərək təmsil etdikləri qurumun fəaliyyəti ilə bağlı iştirakçıları məlumatlandırıblar. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00