Facebook-da maraqlı YENİLİK

"Facebook" sosial şəbəkəsi bu gündən şəkillərə 360 dərəcədə baxmaq imkanı verən yenilik tətbiq edir.

Publika.az bildirir ki, bu barədə sosial şəbəkənin yaradıcısı Mark Zukerberq məlumat paylaşıb. Artıq bundan sonra yeni nəsil telefonlarla və ya 360 dərəcəli panoramla şəkil çəkmək mümkün olan fotoaparatlarla çəkdiyiniz şəkilləri "facebook" a yükləyəndə onun üzərində "360" dərəcə işarəsi görünəcək. Bununla da şəkillərə 360 dərəcə effektlə baxmaq mümkün olacaq. Bu zaman istifadəçilər özlərini həmin yerdə hiss edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00