Azərbaycan və Rusiya arasında hüquqi əlaqələr genişlənir

Azərbaycanda səfərdə olan Rusiyanın ədliyyə naziri Aleksandr Konovalov ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.

Azərbaycanda səfərdə olan Rusiyanın ədliyyə naziri Aleksandr Konovalov ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat verib, ölkəmizdə hakimlərin seçiminin Avropada örnək kimi dəyərləndirildiyini, elə bu gün hakimliyə namizədlərlə vahid auditoriyada ən şəffaf şəraitdə və internetdə onlayn rejimdə yayımlanmaqla test imtahanının keçirildiyini qeyd edib. Həmçinin ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə və digər görülən işlərdən danışıb. Qonaq Azərbaycan və Rusiya arasında tarixi dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahədə uğurla inkişaf etdiyini, Ədliyyə nazirliklərinin ən intensiv qarşılıq fəaliyyət göstərdiyini, o cümlədən vətəndaşların məmnunluğuna xidmət edən hüquqi yardım üzrə əməkdaşlığı və bu sahədə iş həcminin artdığını vurğulayıb. A.Konovalov hüquqi əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu söyləyərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.Görüşdə qarşılıqlı fəaliyyətin gələcək prioritetləri müzakirə olunaraq maraq doğuran sahələr üzrə təkliflər irəli sürülüb, birgə tədbirlərin keçirilməsinə dair razılığa gəlinib.Tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin iştirak edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00