Biləsuvarda Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisinə başlandı

Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi işləri aparılır. “OLAYLAR”-ın xəbərinə görə, “Azəravtoyol” ASC tərəfindən tikintisi aparılan yolun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib.

Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi işləri aparılır. "OLAYLAR"-ın xəbərinə görə, "Azəravtoyol" ASC tərəfindən tikintisi aparılan yolun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib. Layihəyə uyğun olaraq sözügedən yolun hərəkət hissəsinin eni 9 m, hərəkət zolaqlarının eni3,75 m, çiyinlərin eni 3 m, torpaq yatağının eni isə 15 m-dir. Yolda eninə maillik hərəkət hissəsində 2%, çiyinlərdə isə 4%-dir. Layihəyə uyğun olaraq yolun 1,68 km-də Bolqar çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib. Bundan başqa 7 yerdə ümumi uzunluğu 170 m olan dairəvi boru , 3 yerdə düzbucaqlı ümumi uzunluğu 73 m olan boru, 2 yerdə ümumi uzunluğu 47 m olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 30 işıq dirəyi, 186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları və 4500 p/m metal əyrixətli təhlükəsizlik sədləri də quraşdırılacaq.

Sözügedən yolun tikintisində məqsəd, M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə, R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00