Azərbaycanda bütün qatarlarda GPS-naviqasiya sistemi quraşdırılacaq
9 İyun 2016 18:30 Sosial"Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ilin ortalarına bütün qatarlarda GPS-naviqasiya sistemini quraşdıracaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, GPS-naviqasiya sistemləri yük, sərnişin vaqonlarında, elektrovoz və teplovozlarda quraşdırılacaq: "Bununla da hər bir qatar və vaqonun yerləşdiyi yeri müəyyən edə, gecikmənin səbəblərini aşkarlaya, yanacaq və elektrik enerjisinin dəqiq sərfiyyatını hesablaya biləcəyik. Fikrimcə, bu proses gələn ilin ortalarına başa çatacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00