İnsan Hüquqları Günü qeyd edilib

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər Evinin akt zalında şəhər Prokurorluğunun, idman ictimaiyyətini nümayəndələrinin, müxtəlif sahələri təmsil edən ictimai fəal gənclərin iştirakı ilə 18 - İyun "Azərbaycanda Milli İnsan Hüquqları" gününə həsr edilmiş növbəti görüş keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə Sumqayıt şəhərİcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunması və məhz bu tarixin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda "Milli İnsan Hüquqları günü" elan olunduğunu bildirmiş, Respublikada uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlər haqqında məlumat vermişdir. Teymur Səmədov çıxışının sonunda iştirakçıları qarşıdan gələn 15 İyun Milli Qurtuluş günü münasibətilə təbrik etmiş bu günün böyük ictimai, siyasi, tarixi əhəməiyyət kəsb etdiyini Ümumilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini özünə qaytardığını vurğulayıb. Şəhər Gənclər və İdman Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov, Sumqayıt şəhər Prokurorunun köməkçisi Elşad Cəbrayılov və Sumqayıt Dövlət Universitetinin tələbəsi Fəqan Səfərəliyev çıxışlarında 18 may - 18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində hər il sistemli şəkildə maarifləndirici xarakterli görüşlərin gənclərin hüquqi düşüncəsinin, mədəniyyətinin inkişaf etdirilməsinə, hüquqlarının bilməsinə və müdafiəsinə töhfə verilməsindən, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyin artırması sahəsində Milli Fəaliyyət Proqramının uğurlu icrasından danışıblar.Sonda iştirakçılara Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən videoçarğ nümayiş olunmuş, bukletlər paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00