Dini radikallığa və ekstremizmə qarşı mübarizə yolları müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikallığa və ekstremizmə qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikallığa və ekstremizmə qarşı mübarizə yolları" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov, liseyin direktoru Fikrət Nəbiyev, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov dini radikallığa və ekstremizmə qarşı mübarizənin əhəmiyyətindən, eləcə də gənclər arasında maarifləndirmə işinin vacibliyindən söhbət açıb. Məlumat verilib ki, Xətai rayonunda mütəmadi olaraq gənclərin dini maarifləndirilməsi istiqamətində tədbirlər keçirilməkdədir. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsinin və multikultural dəyərlərin ictimai həyatımızda böyük əhəmiyyətə malik olmasının önəmini vurğulayıb. Bildirildi ki, ölkəmizdə dini radikalizmlə mübarizə məqsədilə həm ideoloji, həm də hüquqi-inzibati müstəvidə zəruri addımlar atılır, genişmiqyaslı maarifləndirmə tədbirləri təşkil olunur. Sonda DQİDK-nın sifarişi əsasında hazırlanmış və dini radikalizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filminin nümayişi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00