Qubada gənclərin forumu keçirilib
9 İyun 2016 15:08 SosialGənclər üçün Təhsil Mərkəzi Qubada "Region gənclərinin inkişafına dəstək Forumu keçirib. Gənbclər Fondunun maliyyələşdirdiyi forumda giriş sözü ilə Mərkəzin Quba Regional Ofisinin rəhbəri İnqilab Fərzəliyev çıxış etdi. İ.Fərzəliyev həyata keçirilən Forumun məqsədi barədə iştirakçılara məlumat verdi, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin region gənclərinə təsirindən danışdı. O, region gənclərinin yüksək intellektə, bilik və bacarıqlara malik olduğunu qeyd edərək, gənclərlə aparılan işlərin nəticələrini yüksək qiymətləndirib. Eyni zamanda rəhbərlik etdiyi ofisin yalnız Qubada deyil, ətraf rayonlarda da geniş iş apardığını, səmərəli fəaliyyətlərin həyata keçirildiyini diqqətə çatdırıb. "Davos" formatında keçirilən Forumda Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Rəxşəndə Bayramova çıxış edərək, rayonda gənclər üçün yaradılmış şərait barədə məlumat verdi, gənclərin rayonun ictimai həyatında yaxından iştirak etdiyini diqqətə çatdırdı. O, keçirilən Forumun region gənclərinin problemlərinin araşdırılması, mövcud imkanların dəyərləndirilməsi və görülə biləcək işlərin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı.