"Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbir Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, Mədəniyyət və Turizm Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Turizm və iqtisadiyyatın digər sahələri üzrə ekspertlərin iştirak etdiyi müzakirə Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə təşkil olunub. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tədbiri açaraq ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda da qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini sürətləndirib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olduğunu bildirib, son illər bu sahədə görülən işlər haqqında məlumat verib. Qeyd olunub ki, son bir neçə ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Bildiriılib ki, indi ölkəmizdə ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00