“AtaBank” ASC-dən “Nağdsız ödə, nağd qazan” kampaniyası

"AtaBank" ASC-nin “Nağdsız ödə, nağd qazan "adlı ani stimullaşdırıcı lotereya kampaniyası davam edir.

"AtaBank" ASC-nin "Nağdsız ödə, nağd qazan "adlı ani stimullaşdırıcı lotereya kampaniyası davam edir. Bankdan "OLAYLAR"-a bildirilib ki, kampaniya cari il, dekabrın 31-dək davam edəcək. "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan resident şəxslər iştirak edə bilərlər. Keçən il olduğu kimi"AtaBank" ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edəcəklər. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, kampaniyada minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00