Təhsil naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov iyunun 20-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək qəbul Heydər Əliyev Mərkəzində baş tutacaq, Qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinləri ilə yanaşı, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 9, 10, 13, 14 və 16 iyun tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00