Ceyhan limanından 2,5 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
8 İyun 2016 16:20 Sosial2016-cı ilin may ayı ərzində 2 milyon 562 min 488 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 558 min 661 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 milyon 651 min 407 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyun ayının 1-ə qədər Ceyhan limanından 303 milyon 845 min 179 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. Cari ilin may ayı ərzində isə BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 625 min 235 ton Azərbaycan nefti nəql olunub. Yanvar- may aylarında bu kəmərlə 12 milyon 440 min 802 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyun ayının 1-ə qədər BTC-yə 305 milyon 116 min 191 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin may ayında BTC kəməri ilə 404 min 436 ton Türkmənistan nefti nəql olunub.