Cəlilabadda ildırım hadisələrinin çoxalmasının ŞOK SİRLƏRİ
Moderator.az xəbər verir ki, son üç ildə ölkənin cənub rayonlarından olan Cəlilabadda ildırım vurması daha çox intensivləşib. Sakinlər belə hadisəylə əvvəllər rastlaşmadıqlarını desələr də, ilk hadisə 2013-cü ilin mayın 27-də və 2014 – cü il mayın 27 – də baş verib.
8 İyun 2016 15:30 SosialModerator.az xəbər verir ki, son üç ildə ölkənin cənub rayonlarından olan Cəlilabadda ildırım vurması daha çox intensivləşib. Sakinlər belə hadisəylə əvvəllər rastlaşmadıqlarını desələr də, ilk hadisə 2013-cü ilin mayın 27-də və 2014 - cü il mayın 27 - də baş verib.
Bu il iyunun 4 - də rayonun Cəfərxanlı kənd sakini 33 yaşlı Zahid Ədalət oğlu Əhmədovu da ildırım vurub. Hadisə nəticəsində üç uşaq atası dünyasını dəyişib.
İndi ildırım çaxmasına görə narahatlıq keçirən sakinlər, bu hadisələrdən öncə kiminsə ildırım vurması nəticəsində xəsarət alması və ya ölməsi hallarının olmadığını bildirirlər.
Hadisələri saytımıza şərh edən elmi-lədun araşdırmaçı Paşa Yaqub maraqlı faktlar açıqladı:
-Bildiyimiz kimi "Quran"ın surələrinin sayı 114-dür və bu ədəd müqəddəs kitabın kodu sayılır. Hadisədə diqqət çəkən ın digər məqam Cəlilabadın da kodunun 114 olmasıdır.
Elmi-lədun araşdırmalarımız göstərir ki, Azərbaycanda baş verən digər bənzər hadisələr riyazi şəkildə həmin Cəlilabaddakı ildırım hadisələrinə bağlanır. Məsələn:
1)2014-cü ilin mayın 27-də Cəlilabadda baş verən ildırım hadisəsinin 400-cü günü (1 iyul 2015) Xəzərdəki "Günəşli" yatağının enerjisi müəmmalı şəkildə kəsildi və bu problem 3-4 günə aradan qaldırıldı (ona qədər yataqdakı avadanlıqlar ehtiyat generatorla işlədildi). 400 ədədindən "Quran"ın səhifələrinin sayı olan 286 ədədini çıxsaq, alınan 114 ədədi həm "Quran"ın, həm də Cəlilabadın kodunu göstərir və hadisələr arasında əlaqəni sübut edir:
400 - 286 = 114
2) Cəlilabaddakı sözü gedən ildırım hadisəsinin 555-ci günü isə, həmin "Günəşli" yatağında baş verən tufan səbəbindən mikroqiyamət yaşayandı və çoxsaylı insan təlafatı baş verdi. Əvvəlki yazılarımda da qeyd etmişdim ki, 555 ədədi Tövbə rəmzi sayılır və bu ədəd altında baş verən hadisələr də yolun azmış, günah törətməkdə, zülm etməkdə həddi aşmış millətimizə (həmçinin bəşəriyyətə) Allahdan gələn kodlaşdırılmış mesajdır ki, tövbə edərək doğru yola dönsünlər.
(Ötən yazılarımın birində Qız qalasının sirlərindən bəhs edərkən qalanın kodunun 555 olduğunu qeyd etmişdim. Bu ədədin hikmətlərini bilmək üçün aşağıdakı linkə bax: moderator.az/news/123277.html )
3) Cəlilabaddakı ildırım hadisəsinə bağlanan üçüncü böyük hadisə 27 mart 2016-cı il tarixdə baş verdi. Belə ki, həmin gün Bakı şəhərinin bir hissəsində (Səbayel və Yasamal səmtində) tükürpədici, uğultulu bir səs binaları silkələmiş, insanlar arasında qorxu və həyəcan yaratmışdır. Həmin hadisəni şərh edərkən, bunu mikroqiyamət adlandırmışdım və əvvəlki analoji hadisələrlə riyazi əlaqəsini göstərmişdim.
(bax: moderator.az/news/128775.html )
Xatırladım ki, 27 martda yaşanan qiyamət həyəcanı Cəlilabadda sözü gedən ildırım hadisəsinin 669-cu günü baş vermişdir ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 114 ədədi alınır ki, bu da bir daha həm "Quran"ın, həm də Cəlilabadın kodunu göstərir:
669 - 555 = 114
Maraqlıdır ki, Bakıdakı həyəcanlı uğultu və titrəyiş, 4 dekabrda "Günəşli" yatağında baş verən mikroqiyamətin 114-cü (!) günü idi.
Xatırladım ki, "Cəlilabad" sözü həm də Allahın adına (Cəlil) işarədir.
Oxucuları yormamaq üçün hesablamaları uzatmıram. Elmi-lədun araşdırmalarımız sübut edir ki, bu və digər hadisələr zülmün ərşə dirəndiyi və haramçılığın tüğyan etdiyi məmləkətə Allahdan gələn xəbərdarlıqlardır. Əgər bu xəbərdarlıqlara məhəl qoyulmazsa və pozğun həyat tərzi davam edərsə, daha böyük fəlakətlərlə üzləşə bilərik...
Əvvəlki yazılarımda və "Məhəbbət ili" kitabımda da qeyd etdiyim kimi, Allah dərgahında Azərbaycan dünyanın mənəviyyat mərkəzi statusundadır (ərəblər yollarını azdıqlarından əvvəl onlarda olan bu status alınaraq Azərbaycana verilib) və millətimiz bunu dərk edərək öz əxlaqı, ləyaqəti, halallığı və əməlləriylə bu statusa layiq olmalıdır....
"Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!" "Quran", 17:58
Qeyd: hadisələrin bir ucunun neft yataqlarına bağlanması təsadüfü olmayıb, diqqətimizi sərvətlər üzərində halallığın vacibliyinə yönəldir...