DİN Şamaxıdakı qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Şamaxıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən "Olaylar"a verilən məlumata istinadən xəbər verir ki, iyunun 7-də Şamaxı şəhərində yaşayan Azad Rəşidzadə evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Azərə və onun arvadı Möminəyə xəsarət yetirərək, hadisə yerini tərk edib. Azər aldığı xəsarətdən hadisə yerində ölüb, Möminə xəstəxanaya yerləşdirilib. Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. Nazirlikdən bildirilib ki, Şamaxı və Qusar Rayon Polis Şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidzadə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00