Canavar kəndə girdi: yaralanan var

Ötən gün Ardahanın Posof rayonunun Günbatan kəndinə gündüz saatlarında canavar girib.

Ötən gün Ardahanın Posof rayonunun Günbatan kəndinə gündüz saatlarında canavar girib. Canavar yaxınlıqda qoyunlarını otaran Bülent Taşcıya hücum edib. Bülent Taşcı bir cox yerindən xəsarət alıb və canavarı bıçaqlayaraq xilas ola bilib. Yaralanan canavar meşəyə qaçıb. Kəndli təcili olaraq xəstəxanaya çatdırılıb. Burada ona tibbi yardım edilib . Hal-hazırda həkimlər  xəstənin vəziyyətinin kafi olduğunu bildirirlər. Bülənt Taşcıya quduz aşısı vurulmağa başlanılıb. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00