Gənclərə vətənpərvərlik təbliğ olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsi çərçivəsində Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında 4 seminar keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsi çərçivəsində Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında 4 seminar keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, seminarlarda gənclər arasında vətənə məhəbbət hissinin artırılması, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclər arasında dövlət rəmzlərinin təbliği, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması, hərbi vətənpərvərlik ruhunun gənclər arasında təbliği, gənclər arasında vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliğ olunması, onlara Azərbaycan tarixinin, mədəniyyətinin, adət və ənənələrinin öyrənilməsi ilə bağlı geniş məlumat verilib. "Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsi çərçivəsində ümumilikdə 400 nəfərdən çox gəncin iştirak etdiyi seminarlar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, bu müsbət qiymətləndirmələr sosial şəbəkələrdə geniş paylaşılıb. Seminar iştirakçılarına layihə çərçivəsində çap olunmuş buklet, cib təqvimi və köynək dəsti paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00