İKT-nin Azərbaycan qadınlarının həyatında rolu

Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə “Müasir İnformasiya-kommunikasiya Texnologiyalarının Azərbaycan qadınların həyatında rolu” mövzusunda dəyirmi masa keçirilib.

Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə "Müasir İnformasiya-kommunikasiya Texnologiyalarının Azərbaycan qadınların həyatında rolu" mövzusunda dəyirmi masa keçirilib. Bu barədə DİP-dən "Olaylar"a verilən məlumata görə, partiya sədri Asim Mollazadə ölkə qadınlarını inkişafında İKT-nin rolunu yüksək qiymətləndirib. "Vaxt var idi təhsilə görə qızları, qadınları öldürürdülər. Amma zaman və qadına münasibət dəyişib, müasir texnologiyalar insanların həyatının, fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan qadını İKT-nin ona verdiyi imkanlardan istifadə edərək özünü inkişaf etdirməli, ölkəyə, cəmiyyətə və ailəsinə faydalı olmağa çalışmalıdır". O, bu sahədə təhsilin, ictimai maarifləndirmənin və xarici dilləri mənimsəmənin vacib olduğunu qeyd edib. İnformasiya texnologiyaları üzrə ekspert Vəfa Vəliyeva İKT-nin Azərbaycan qadınlarının həyatına təsirindən bəhs edib. O, orta məktəbdən başlayaraq insanın bütün həyatı boyu inkişafında İKT-nin rolunu dəyərləndirib. Ölkəmizdə bu sahədəki çağırışlardan, mövcud problemlərdən və çıxış yollarından danışıb. Auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00