Tanınmış şirkətlərin PR mütəxəssisləri İctimai Birlik təsis etdi

“Excelsior Hotel Baku” otelində ölkənin tanınmış şirkətlərin PR mütəxəssislərinin növbəti toplantısı keçirilib. Toplantıda “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edilib.

"Excelsior Hotel Baku" otelində ölkənin tanınmış şirkətlərin PR mütəxəssislərinin növbəti toplantısı keçirilib. Toplantıda "Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası" İctimai Birliyi təsis edilib. Görüşdə "AtaHolding", "Veysəloğlu", "Excelsior Hotel Baku", "Paşa Həyat Sığorta", "Bakcell", " AtaBank", "Caspian Development Bank", "Hed Akademi" şirkətlərinin PR menecerləri və "Alibayov Kommunikasiya & Konsaltinq" şirkətinin rəhbəri iştirak edirblər. Tədbirdə Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (Azerbaijan Public Relations Association - APRA) təsis edilməsi ilə bağlı məsələlər və gələcəkdə assosiasiyanın qarşısında duran vəzifələr müzakirə olunub. "Veysəloğlu" Holdinqin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, eyni zamanda APRA-nın sədri İlham Məmmədov "OLAYLAR"-a bildirib ki, yeni təsis edilən Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası (Azerbaijan Public Relations Association-APRA) Azərbaycanın PR sahəsinin inkişafına öz töhfəsini verəcək. Assosiasiyanın beynəlxalq PR assosiasiyalarına da üzv olacağını deyən İ.Məmmədov həmçinin qeyd edib ki, təşkilatın yaradılmasında əsas məqsəd ölkədə İctimaiyyətlə Əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahəsnin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır. "AtaHolding" Korporativ Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, PR-menecerləri, PR-agentliyi və biznesin PR-strukturunu peşəkar səviyyədə birləşdirə və fəaliyyətinin koordinatoru ola biləcək assosiasiyanın yaradılması zərurəti çoxdan yetişmişdi. Biz assosiasiyanın qarşıdakı fəaliyyətində uzun müddət ictimai əlaqələr sahəsində topladığımız bilik və təcrübəmizdən istifadə etməyi qərara aldıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00