Sabah Azərbaycanda hava yağışlı və küləkli olacaq

İyunun 8-də  yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 16-21 dərəcə isti, gündüz 23-26 dərəcə isti olacaq. 

Sabah Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00