Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi başa çatır
7 İyun 2016 12:48 SosialCari ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ictimai rəyin öyrənilməsi çərçivəsində 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin 17 iyun 2016-cı il tarixinədək bildirilməsi mümkün olacaq. Rəy və təkliflər seçilmiş dərslik layihəsinin səhifəsində xüsusi ayrılmış bölmədə yazılmaqla, yaxud [email protected] elektron poçtuna göndərilməklə bildirilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00