Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnu nəzərdə tutan layihə MM-in plenar iclasına tövsiyə olunub
Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında prezidenti İlham Əliyevtərəfindən Milli Məclisə təqdim olunan “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
9 İyun 2016 13:12 SosialMilli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında prezidenti İlham Əliyevtərəfindən Milli Məclisə təqdim olunan "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Parlamentdən verilən məlumata görə, iclasda komitə sədri Ziyafət Əsgərov layihə barədə məlumat verib.
Layihəyə əsasən, qanunun 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, magistr və doktorantlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur.
Layihə müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.