Dini radikallığa qarşı təbliğatda gənclərin rolu artırılır
7 İyun 2016 12:08 Sosial"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Dini radikallığa qarşı təbliğatda gənclərmizin rolu" adlı layihəsi çərçivəsində növbəti tədbirini Sumqayıt şəhərində həyata keçirəcək. Bu barədə məlumatı "OLAYLAR"-a İctimai Birliyin sədri Çingiz Bayramov verib. Bildirib ki, layihənin məqsədi gənclərə ölkədəki Radikalizmlə qarşı mübarizə mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumatlandırmaqdır. Bu sahədə Azərbaycan tarixindəki keçmiş təcrübələrin iştirakçılar tərəfindən öyrənməsinə nail olmaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00