ASAN xidmət mərkəzlərində 7367 müraciət öz həllini tapıb
Cari ilin may ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 7367 müraciət daxil olub.
7 İyun 2016 12:06 SosialCari ilin may ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 7367 müraciət daxil olub. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, əsasən, "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, "Azəriqaz" İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00