ADP Avropanın xristian təssübkeşliyini qınayıb

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilb. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları son vaxtlar qardaş Türkiyədə daxili çaxnaşmaların sürəkli hal almasından, bir sıra Avropa dövlətlərinin xristian təəssübkeşliyindən qaynaqlanan təzyiqlərin artmasından narahat olduğunu bildirib. İdarə Heyəti ölkə əhalisinin böyük kəsimini təşkil edən İranda Azərbaycan türklərinin, həmçinin  kürdlərin ana dilində tədrisinə qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılması, təhsillərini öz dilində almaq hüququnu tanıması ilə bağlı İran rəsmilərinin atdığı addımı alqışlayıb  və İran rəhbərliyini bu istiqamətdə daha proqressiv islahatlar keçirməyə səsləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00