Məktəblilər dini sahədə maarifləndirilir
6 İyun 2016 19:48 SosialDemokratik İslahatlar və Hüquq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərb rayonlarının orta məktəblərinin yuxarı sinif şagirdləri arasında dini radikallığa və ekstremizmə qarşı mübarizə ilə bağlı maarifləndirmə" layihəsinin icrasını Agastafa və Tovuz rayonlarında davam etdirib. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, layihənin məqsədi gənclərin dini radikal və ekstremist qruplara cəlb olunmasının qarşısının alınmasına kömək etmək; gənclərin dini radikalizm və ekstremizm barədə biliklərinin artırılmasına kömək etmək; gənclərin dini radikalizm və ekstremizmlə mübarizə ruhunda tərbiyə olunmasına kömək etmək; dini radikalizm və ekstremizm ideyalarının gənclərin dünyagörüşünə təhrif edici təsirinin və ciddi psixi anomaliyaların qarşısının alınmasına kömək etmək; gənclərin dini radikalizm və ekstremizm ideyalarının təbliğinə qarşı dözümsüzlük hisslərinin tərbiyə olunmasına kömək etməkdən ibarətdir. Layihə çərçivəsində Ağstafa rayonu 1 saylı tam orta məktəbdə və Tovuz rayonu düz-qırıqlı kənd 1 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə seminar keçirilib. Seminarda dini radikalizmin və dini ekstremizmin anlayışı, formaları və növləri; Müqəddəs Quran radikalizm və ekstremizmə qarşı; dini ekstremizmin digər zorakılıq növlərindən fərqi; dinlərarası dialoq; dini radikalizm və ekstremizmlə mübarizədə ictimaiyyətin rolu; gənclərin dini radikalizm və ekstremizmə cəlb edilməsinin psixoloji və dini əsasları; dini radikalizm və ekstremizmlə mübarizənin qanunvericilik əsasları kimi mövzular əhatə olunub.