Avropa Birliyindən Türk millətinə dost olmaz
6 İyun 2016 19:13 SosialAlmaniya Parlamentində qondarma soyqırımla bağlı qərarın qəbul edilməsi bir daha onu təsdiqləyir ki, nə almanlardan, nə də Avropa Birliyindən Türk millətinə dost olmaz". Bu fikirləri "OLAYLAR"-a Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının mətbuat xidmətinin rəhbəri, İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal səsləndirib. O, bildirib ki, yəhudiləri soyqırıma məruz qoymuş bir xalqın, onun parlamentinin Türkiyəni soyqırımda ittiham etməsi absurddur: ""Erməniler 1915 -1920-ci illər arasında Şərqi Anadolu bölgəsində, xüsusilə Iqdırda kütləvi qətillər həyata keçirib. Əgər alman parlamentarilər doğrudan da tarixdə soyqırım olduğunu bilmək istəyirlərsə, o halda 1992-ci ilin feral ayında Xocalı həyata keçirilən vəhşiliyə diqqət yetirsinlər". Sərdar Ünsal deyib ki, Almaniyanın bu ədalətsiz davranışına qarşı adekvat addım atılmalıdır: "Bütün Türk dünyası, xüsusilə Türkiyə və Azərbaycan parlamentləri almanların, eləcə də ermənilərin həyata keçirdikləri vəhşilikləri soyqırım kimi qəbul etməlidir".