GİN və DQİDK birgə konfrans keçirəcək

Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün birgə Tədbirlər Planına uyğun olaraq “Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir” mövzusunda konfrans keçiriləcək.

Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün birgə Tədbirlər Planına uyğun olaraq "Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir" mövzusunda konfrans keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, konfrans iyunun 7-də  "Park İnn" otelində baş tutacaq. Konfransda dövlət orqanları nümayəndələrinin, millət vəkillərinin, gənclər təşkilatları təmsilçilərinin, tələbələrin və fəal gənclərin iştirakı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00