Turistlər üçün mədəni proqram təşkil olunur
Balakən rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən yay mövsümünün başlanması ilə əlaqədar əhalinin, gənclərin, rayona gələn qonaqların və turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 01 iyun tarixindən başlayaraq silsilə tədbirlərin keçirilməsinə start verilib.
6 İyun 2016 17:34 SosialBalakən rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən yay mövsümünün başlanması ilə əlaqədar əhalinin, gənclərin, rayona gələn qonaqların və turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 01 iyun tarixindən başlayaraq silsilə tədbirlərin keçirilməsinə start verilib. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, şöbə tərəfindən tutulmuş qrafik əsasında kənd mədəniyyət evləri, klubları və kitabxanalar tədbirlərin keçirilməsində fəallıq göstərirlər.