"Tiqranizm Xocalıda" kitabının müzakirəsi keçiriləcək

Azərbaycanın vətənpərvər övladlarından biri, hazırda İsveçdə yaşayan Eluca Atalı "Tiqranizm Xocalıda" adlı kitabı çap edib. Xocalı Soyqırımını Tanıtma İctimai Birliyindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, kitabda ermənilərin Xocalıda həyata keçirdikləri vəhşiliklər, insanlıq əleyhinə cinayətlər öz əksini tapıb. İyunun 18-də Bakıda Eluca Atalının müəllifi olduğu "Tiqranizm Xocalıda" kitabının ictimai müzakirəsi keçiriləcək. Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə ermənilərin tarixən Azərbaycan xalqına qarşı həyata keçirdikləri deportasiya və soyqırım siyasətindən danışılacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00