Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək
İyunun 7-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, yubiley mərasimi Nizami Kino Mərkəzində baş tutacaq.
6 İyun 2016 17:26 Sosialİyunun 7-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, yubiley mərasimi Nizami Kino Mərkəzində baş tutacaq.
Qeyd edək ki, 1970-ci illərin əvvəlindən başlayaraq R.Fətəliyevin ssenariləri əsasında "Ömrün ilk saatı", "Sizi dünyalar qədər sevirdim", "Yaramaz" ("Azərbaycanfilm"), "Altıncı", "Riskə getmədən" (M.Qorki adına Studiya), "Şahidsiz", "Təzə evlənənlər üçün çətir" ("Mosfilm"), "Ailə işləri", "Həyatın xırdalıqları" (A.Dovjenko adına Studiya), "Həyatın mənası" ("Özbəkfilm") və s. 50-dən çox film və serial çəkilib. R.Fətəliyev eyni zamanda, "Hökmdarın taleyi", "Bir anın həqiqəti", "Qraf Krestovski" kimi bədii və televiziya filmlərinin quruluşçu rejissoru olub. Onun ssenari müəllifi və rejissoru olduğu, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edən ekran əsərləri bu gün də tamaşaçılar tərəfindən sevilir və maraqla izlənilir.