Sağlamlıq imkanları məhdud uşaqlara əlil arabası verilib

“Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə "Sağlamlıq imkanları məhdud uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsini uğurla davam etdirir.

"Autizm" Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə "Sağlamlıq imkanları məhdud uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi" layihəsini uğurla davam etdirir."Olaylar"ın məlumatına görə, layihə çərçivəsində regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar ziyarət olunub. "Autizm" Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin Şəmkir rayon nümayəndəsi Sədrəddin Bayramovun rayon ərazisində apardığı sorğu və qeydiyyata əsasən sağlamlıq imkanları məhdud bir neçə uşağın əlil arabasına ehtiyacı olduğu müəyyən edilib. Ona görə də tədbir zamanı ehtiyacı olan uşaqlara əlil arabaları verilib. Eyni zamanda, uşaqları sevindirmək üçün onlara oyuncaqlar, geyim əşyaları, müxtəlif növ şirniyyatlar paylanılıb, onlara sosial hüquqi yardımlar göstərilib. Layihə çərçivəsində ərazi üzrə qəsəbə nümayəndələri və uşaq poliklinikasının həkimləri ilə də görüş keçirilib. Görüşdə sağlamlıq imkanları məhdud uşaqların müalicəsinin təşkili məsələləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00