Göyçayda tələbə düşərgəsi təşkil olunacaq
“Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi” adlı layihənin icrasına start verilib.
6 İyun 2016 16:56 Sosial"Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi" adlı layihənin icrasına start verilib. "Olaylar"ın məlumatına görə, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə çərçivəsində müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə düşərgə təşkil olunacaq. İştirakçılar turizm sahəsində nəzəri və praktiki biliklərinin artırılması, yüksək səviyyəli xidmətin təşkili, ölkəmizin turizm potensialı, beynəlxalq turizm və s. istiqamətlər üzrə maarifləndiriləcəklər. Layihə Göyçay şəhərində iyun ayı ərzində keçiriləcək. Layihədə iştirak edəcək 20 gənc üçün turizm işinin təşkili, yerli və beynəlxalq turizmin qarşılıqlı vəhdəti təşkili, etik davranış qaydaları, motivasiya və uğur formulu, liderlik bacarıqlarının formalaşdırılması, natiqlik və ünsiyyətin qurulması, bədən dili və ictimaiyyətlə əlaqələr mövzularında təlimlər təşkil ediləcək.