Keçən ay 10453 metr qazma işi həyata keçirilib
Cari ilin may ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10453 metr qazma işi həyata keçirilib
6 İyun 2016 16:21 SosialCari ilin may ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10453 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10184 metri istismara, 269 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 42493 metr qazma işi görülmüşdür ki, bunun da 42224 metri istismara, 269 metri isə kəşfiyyata aid olub. Bundan əlavə, may ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 19 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.