İtaliya nümayəndə heyəti Dövlət Komitəsində olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin benefisiar olduğu 2016-2018-ci illərdə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin ekspertləri Mikela Diodato və Eliza Petruçi, layihənin yerli koordinatoru Alessandro Biançi ilə görüş keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin benefisiar olduğu 2016-2018-ci illərdə "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı tvinninq layihəsinin ekspertləri Mikela Diodato və Eliza Petruçi, layihənin yerli koordinatoru Alessandro Biançi ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mədəniyyət sektorunun idarəedilməsində və mədəni irsin qorunmasında ən qabaqcıl təcrübəyə yiyələnmək üçün Azərbaycana dəstək göstərilməsi məqsədilə həyata keçirilən layihənin ekspertləri layihə haqqında Dövlət Komitəsinin nümayəndələrinə geniş məlumat veriblər.

Qeyd edilib ki, Dövlət Komitəsi ölkədə vicdan azadlığının təmin edilməsi, dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi, dini qurumların fəaliyyətinin dəstəklənməsi, multikultural və tolerant dəyərlərin təbliği və təşviqi, habelə dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirir. Layihənin yerli koordinatoru Alessandro Biançi ölkəmizdəki tolerant mühiti yüksək qiymətləndirib və bu modelin dünyada yayılmasına ehtiyac olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00