“Futurisomo Ora” Bakıda Lamborghini Bakı mərkəzində yeni incəsənət hərəkatı
İyunun 7-də, saat 18:30-da Lamborghini Bakı mərkəzində (Alov qüllələri) Azərbaycan-Italiya Assosiasiyası, Bakı İtalyan Mərkəzinin təşkilatçılığı və İtaliya səfirliyinin dəstəyi ilə “Futurisomo Ora” adlı tədbirin açılış mərasimi keçiriləcək.
6 İyun 2016 16:12 Sosialİyunun 7-də, saat 18:30-da Lamborghini Bakı mərkəzində (Alov qüllələri) Azərbaycan-Italiya Assosiasiyası, Bakı İtalyan Mərkəzinin təşkilatçılığı və İtaliya səfirliyinin dəstəyi ilə "Futurisomo Ora" adlı tədbirin açılış mərasimi keçiriləcək.
Xatırladaq ki, "Futurismo Ora" incəsənətin bütün sahələrinə, o cümlədən rəssamlıq, heykəltəraşlıq, musiqi, memarlıq, teatr, kino və qastronomik sahələrə yenilik gətirərək 20-ci əsrin əvvəllərində İtaliya və bir sıra digər ölkələri xarakterizə edən və bu ölkələrə təsir edən önəmli incəsənət hərəkatı olan futurizmə əsaslanan çoxistiqamətli layihədir.
Lamborghini sərgi salonunda təşkil olunacaq açılış mərasimi zamanı əsrarəngiz musiqi performansı təşkil olunacaq.