Novxanı çimərliyində təmizlik aksiyası keçirilib
Ətraf mühitin mühafizəsi günü” münasibətilə Novxanı çimərlik ərazisində sahilyanı zonada təmizlik aksiyası keçirilib.
6 İyun 2016 14:36 SosialƏtraf mühitin mühafizəsi günü" münasibətilə Novxanı çimərlik ərazisində sahilyanı zonada təmizlik aksiyası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, aksiya Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub. Aksiyada ümumilikdə 250 nəfərdən çox olmaqla rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülər iştirak ediblər. Aksiyaya 5 texnika cəlb edilməklə çimərliyini qum örüyü xüsusi mexanizm ilə yumşaldılaraq, 10 hektar ərazidən müxtəlif növ tullantılar