AzTU-dan daha bir yenilik

Azərbaycan Texniki Universitetində (AzTU) “Cisco” şəbəkə akademiyasının açılışı olub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, akademiyanın açılışında çıxış edən AzTU-nun rektoru, professor Havar Məmmədov müasir zamanda informasiya texnologiyalarının vacibliyindən danışıb.

Azərbaycan Texniki Universitetində (AzTU) "Cisco" şəbəkə akademiyasının açılışı olub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, akademiyanın açılışında çıxış edən AzTU-nun rektoru, professor Havar Məmmədov müasir zamanda informasiya texnologiyalarının vacibliyindən danışıb. Rektor tələbələr və Universitetin əməkdaşlarının İKT-dən yüksək şəkildə istifadəsi üçün hər cür şərait yaradıldığını bildirib: Şəbəkə və Audio-vizual Texnologiyalar Şirkətinin (AzNEXT) direktoru və "Cisco" şəbəkə akademiyasının Azərbaycan üzrə rəhbəri Səməd Abasov isə çıxışında akademiya haqqında məlumat verib. O, bildirib ki, akademiyanın yaradılmasında əsas məqsəd şəbəkə texnologiyaları üzrə mütəxəssislərin yetişdirilməsidi. Daha sonra "Cisco" şəbəkə akademiyası üçün hazırlanan otaqla tanışlıq olub.

Qeyd edək ki, şəbəkə texnologiyası üzrə dünya liderinə çevrilən "Cisco"nun təhsil müəssisələri ilə birgə layihəsi olan "Cisco" şəbəkə akademiyasında 15 istiqamət üzrə kurslar təşkil olunur. Bu kursları bitirən tələbələrə verilən sertifikatlar dünyanın hər yerində tanınır və həmin tələbələr karyerada üstünlük əldə edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00