Prezidentin diaspor təşkilatları qarşısında qoyduğu mühüm vəzifələr
6 İyun 2016 12:57 SosialÖtən həftə Dünya Azərbaycanlıları Bakıya toplaşaraq qarşıdakı 5 il ərzindəki prioritetləri, görəcəkləri işləri, başlıca hədəfləri müəyyənləşdirdilər. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultayda Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də iştirak edirdi. İki gün davam edən qurultayda ən diqqət çəkən məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş və əhatəli, proqram xarakterli çıxışı oldu. Dövlət başçısı çıxışı zamanı diaspor təşkilatları qarşısında konkret hədəflər qoydu, onların əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Elə Qurultay iştirakçıları da gələcək fəaliyyətlərini məhz dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq quracaqlarını qeyd edirlər.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyir ki, dövlət başçısı Qurultayda çıxışı zamanı bir neçə vacib məqama toxunaraq diaspor təşkilatlarına bu məqamlara xüsusi diqqət yetirməyi tövsiyyə edib: "Dövlət başçısının vacib mesajlarından biri dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması ilə bağlı idi. Azərbaycan Prezidenti bəzi hallarda diaspor təşkilatlarının bir-biri ilə rəqabət apardığını qeyd edərək bu rəqabət sağlam olmasını bildirdi Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, bizim gücümüz birlikdədir və xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Həqiqətən də bu gün bizim birliyimiz çox vacibdir. Əgər diaspor təşkilatları bir-biri ilə qeyri-sağlam rəqabət aparsa, biri digərinin fəaliyyətinə, işinə mane olsa, o halda nəticə bizim ziyanımıza işləyər. Əgər xatirinizdədirsə bir müddət əvvəl amerikalı senator Smitin hazırlamış olduğu bədnam sənədə necə böyük əks reaksiya oldu. Dünyanın hər bir bölgəsində fəaliyyət göstərən diaspor təşkilatlarımız etiraz bəyanatları yaydı, bu sənədə öz etirazlarını bildirdilər. Yaxud Fransa parlamentində qondarma erməni soyqırımı ilə bağlı qanun loayihəsi gündəmə gələrkən Azərbaycan və Türk diasporu birlik və həmrəylik nümayiş etdirərək öz etirazlarını bildirdilər. Nəticə etibarilə rəsmi Paris qərarına yenidən baxmalı oldu. Yaxud aprelin əvvəllərində baş verən erməni təxribatı zamanı baş verən dörd günlük hərbi əməliyyatlar zamanı xaricdəki soydaşlarımızın nümayiş etdirdiyi həmrəylik, birlik. Həmin günlər ərəfəsində xaricdə yaşayan hər bir azərbaycanlı Ali Baş Komandanın əmrini, çağırışını gözləyirdi ki, Vətənə gəlib onun müdafiəsinə, torpaqlarının işöaldan azad edilməsinə qoşulsun. Bu cür birlik, həmrəylik nümayiş etdiriləndə, heç bir qüvvə Azərbaycan dövlətinin qarşısında dayana bilməz. Yuxarıda qeyd etdiyim kimi aprelin əvvəllərində bunun əyani şahidi olduq. Ona görə də daha böyük uğurlara nail olmaq, müvəffəqiyyətlər əldə etmək üçün mütləq həmrəy olmaq, birlik nümayiş etdirmək lazımdır". İlham İsmayılov təssüflə qeyd edib ki, indiyə qədər bir neçə ölkədə fəaliyyət göstərən diaspor təşkilatları müəyyən səbəblərdən parçalanmaya məruz qalıb ki, nəticə etibarilə həmin ölkələrdəki Azərbaycxan
diasporunun fəallıqı bir qədər zəifləyib: "Ona görə də artıq bu kimi mənfi hallardan tamamilə uzaq olmaq lazımdır".
ATXƏM sədrinin sözlərinə görə, dövlət başçısının Dünya Azərbaycanlılarına ünvanlamış olduğu digər bir vacib mesaj Azərbaycanın xarici ölkələrdə fəaliyyət gstərən səfirlərlikləri ilə diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi ilə bağlı idi: "Hələ Dünya Azərbaycanlılarının III Qurultayı zamanı da Cənab Prezident eyni tövsiyyələrlə çıxış etmişdi. Düzdür, ötən beş il ərzində səfirliklərlə diaspor təşkilatları arasında əlaqələr xeyli inkişaf edib. Artıq hər iki tərəf qarşılıqlı olaraq keçirdikləri tədbirlərə bir-birilərini dəvət edirlər. Həmçinin səfirliklər diaspor təşkilatlarının fəaliyyəti ilə maraqlanır, onlara müəyyən mənada dəstək göstərirlər. Ancaq görünür bu əməkdaşlıq və əlaqələr hələ də qaneedici səviyyədə deyil. Elə bu səbədən də Cənab Prezident yenidən bu məsələyə toxunaraq hər iki tərəf arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Ümid etmək olar ki, dövlət başçısının tərəflərə ünvanlamış olduğu bu mesajdan da həm səfirliklər, həm də diaspor təşkilatları nəticə çıxararaq mövcud əlaqələri daha da inkişaf etdirəcəklər".
İlham İsmayılovun sözlərinə görə, Qurultayda Azərbaycan Prezidentinin digər bir mühüm mesajı informasiya mübarizəsi ilə bağlı idi: "Dövlət başçısı bu məsələdə açıq-aşkar diaspor təşkilatlarına öz haqlı iradını bildirdi. Cənab Prezident onların xarici media orqanları ilə əlaqələrinin zəifliyini mənfi hal kimi qiymətləndirdi. Prezident qeyd etdi ki, diaspor təşkilatlarımızın xarici media orqanları ilə əlaqələri yaxşı təşkil olunmayıb". Mərkəz rəhbərinin sözlərinə görə, Qurultayda Azərbaycan Prezidenti diaspor təşkilatlarına bu problemi həll etməyin konkret yollarını da göstərib: "Prezidentin qeyd etdiyi kimi xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir. Çünki müntəzəm olaraq ayrı-ayrı ölkələrin mətbu orqanlarında Azərbaycana qarşı müəyyən təxribat xarakterli yazılar dərc olunur, ölkəmizə şər-böhtan atılır. Təbii ki, bu prosesdə həmin ölkələrdə fəaliyyət göstərən erməni lobbisinin aktivliyi gz önündədir. Ona görə də biz də xarici ölkələrin KİV-ləri ilə yaxından işləməli, onları haqq işimiz uğrunda məlumatlandırmalıyıq. Mən bir daha bu məqamda da aprel olaylarına toxunmaq istərdim. Belə ki, həmin hadisələr zamanı erməni təxribatına qarşı layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat və bir neçə strateji əhəmiyyətli yüksəliyin işöaldan azad olunmasından sonra erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycana qarşı genişmiqyaslı informasiya mübarizəsinə başladı. Ermənilər belə bir təssürat formalaşdırmağa çalışdılar ki, guya Azərbaycan Ermənistanın ərazisinə təcavüz edib. Halbuki Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatına cavab olaraq işğal altında olan ərazilərinin müəyyən bir hissəsini azad etmişdi. Düzdür, Azərbaycan diaspor təşkilatları da erməni təxribatı, ölkəmiz əleyhinə yönələn bu çirkin kampaniyanın qarşısını ala bildi. Ancaq görünür bu istiqamətdə daha çox işlər görməyə ciddi ehtiyac var. Məzh elə ona görə də Azərbaycan Prezidenti Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bu vacib məqama da toxundu". İlham İsmayılov onu da deyib ki, Azərbaycan diasporu daim dövlətin və onun prezidentinin diqqət mərkəzindədir: "Hər Qurultay ərəfəsində Azərbaycan Prezidenti diaspor sahəsində uğurlu
fəaliyyətinə görə bir qrup şəxsi təltif edir. Bu il də dövlət başçısı bu ənənəni davam etdirdi. Çox şadam ki, mənə də böyük etimad göstərildi və Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olundum. Bu bizi daha məsuliyyətli olmağa, yorulmadan çalışmağa sövq edir. Hesab edirəmn ki, hər bir şəxs bu etimadı doğrultmaq üçün daha çox çalışmalıdır. Çünki bizim hələ də daha çox çalışmağa ehtiyacımız var".
S.İsmayılbəyli