Mədəniyyət və Turizm naziri Samuxda vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Samix rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən aparılacaq.
6 İyun 2016 12:37 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Samix rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən aparılacaq. Qəbul iyun ayının 10-da baş tutacaq. Samux şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edəcək.