“Dünya Azərbaycanlılarının IV Qurultayında...”

Dünya Azərbaycanlılarının daha bir mühüm toplantısına yekun vuruldu. Xəbərlərdən də aydın olduğu kimi iyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Qurultayda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və əhatəli, proqram xarakterli çıxışı ilə xaricdə yaşayan soydaşlarımız qarşısında yeni vəzifələr qoydu. Dövlət başçısı onlara öz tövsiyələrini verməklə diasporu daha aktiv olmağa səslədi.

Nərgiz Əliyeva: "Prezident qarşıda qoyulan vəzifələr, görülməsi vacib olan işlərdən danışaraq bizə gələcək işlərimizin qurulması üçün prioritetləri qeyd etdi"

Dünya Azərbaycanlılarının daha bir mühüm toplantısına yekun vuruldu. Xəbərlərdən də aydın olduğu kimi iyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Qurultayda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və əhatəli, proqram xarakterli çıxışı ilə xaricdə yaşayan soydaşlarımız qarşısında yeni vəzifələr qoydu. Dövlət başçısı onlara öz tövsiyələrini verməklə diasporu daha aktiv olmağa səslədi.

Bəs görəsən Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları bu mötəbər toplantıdan nə gözləyirlər? Ümumiyyətlə, bu Qurultay Azərbaycan diasporunun həyatında hansı yeniliklərlə yadda qalacaq?

Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsinin sədri, qurumun mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva bir neçə aydır ki, Qurultaya gərgin hazırlıqların getdiyini və bu hazırlıqlara Gürcüstanda əlindən gələn dəstəyi göstərdiyini vurğulayıb, bundan məmnun olduğunu söyləyib. Bildirib ki, Dünya Azərbaycanlılarının IV Qurultayına Gürcüstandan böyük bir nümayəndə heyəti qatıldı: "Doğma Bakıya endiyimiz andan son günədək təşkilatçıların bizə qarşı olan diqqəti, qayğısı danılmaz oldu. Tədbirdə nümayəndə və qonaqların rahatlığı incə məqamadək düşünülmüşdü və bunun üçün bütün şərait yaradılmışdı". Nərgiz Əliyeva deyib ki, Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbayan Prezidenti cənab İlham Əliyevin əhatəli nitqi və maraqlı çıxışı ilə yadda qaldı: "Çıxışda diaspor hərəkatının və xaricdə yaşayan azərbaycanlıları maraqlandıran hər bir məqam diqqətə alınmışdı. Prezident eyni zamanda qarşıda qoyulan vəzifələr, görülməsi vacib olan işlərdən danışaraq sanki bizə gələcək işlərimizin qurulması üçün prioritetləri qeyd etdi. Tədbirin sonunda səmimiyyətini göstərən prezident fərdi şəkildə bir çox iştirakçı ilə görüşdü, söhbət etdi, bir çox ölkənin nümayəndə heyəti, həmçinin Gürcüstan nümayəndələrinə diqqət göstərdi. Qurultayın növbəti günlərində müxtəlif mövzulu panellərdə diaspor nümayəndələrinin qarşılaşdığı problemlər, iş istiqamətləri və fəaliyyətləri haqqında mövzuya uyğun şəkildə çıxışlar etdilər. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov dünyada yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası istiqaməti mövzusundakı paneldə ekspert qismində kürsüdə əyləşərək Gürcüstanda bu istiqamətdə görülən işlər haqqında əhatəli şəkildə danışaraq ölkəmizdəki ümümi vəziyyət haqqında iştirakçılara məlumat verdi, AMM bu istiqamətdə apardığı işlər haqqında söz açan Fazil Həsənov layihələrin uğurundan və faydasından danışdı. Panel iştirakçılarının diqqətinə səbəb olan bu çıxışı şərh edən moderator Gürcüstan azərbaycanlılarının apardığı işlərinin dünyanın hər yerində hiss olunduğunu və uğurlu olduğunu qeyd etdi". Nərgiz Əliyeva bildirib ki, gənclərlə bağlı olan paneldə çıxış etmək imkanı da yenə onlara verilib: "Mən də bu şansdan istifadə edərək Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsildə, ictimayyətdə, siyasətdə və digər sahələrdə əldə etdikləri uğurlardan söz açdım. Bu istiqamətdə bizim və digər təşkilatların, qurumların rolu haqqında danışdım. Çalışdım ki, bizim gəncliyi orada layiqincə təmsil edə bilim. Bu fürsəti mənə yaratdığına görə təşkilatçılara təşəkkür edirəm. Qurultay sonunda cənab prezidentin sərəncamı ilə bir qrup şəxsin təltif olunması mərasimi keçirildi. Beləliklə, Nizami Məmmədzadə "Əməkdar jurnalist", Azər Süleymanov və Zümrüd Qurbanlə "Tərəqqi" medalı ilə təltif olundular. Eyni zamanda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü olaraq Fazil Hasanov və Zümrüd Qurbanlı seçildi". AMM-in gənclər şöbəsinin sədri deyib ki, Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsində əsas məqsəd dünyada yaşayan və fəaliyyət göstərən azərbaycanlıalrı bir araya toplamaq idi: "Azərbaycan həqiqətlərinin, lobbiçiliyin, milli-mənəvi dəyərlərin dünyada təbliğ olunması, dünyanın hər bir yerində yaşayan azərbaycanlıların problem və qayğısı ilə maraqlanaraq onların həlli istiqamətində işlər görməkdir. Bu tədbirlərdə aparılan müzakirələr, şəbəkələşmə və digər məslələr bizə daha yaxşı işlər görmək üçün stimul verir. Bu tədbirin yüksək səviyyədə təşkil edilməsi, bizim nümayəndələrə xüsusi diqqətin ayırdığına görə başda Nazim İbrahimov olmaqla Diasporla İş üzrə Dövlət Komitəsinin hər bir əməkdaşına, o cümlədən Füzuli Nəcəfov, Nariman Qurbana təşəkkür edirik. Öz adımdan xüsusi təşəkkürümü Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Mammadova bildirmək istəyirəm. Hər zaman gənclərin yanında olub, bizi çox yaxşı şəkildə anlayıb, dəstək olub. Bizim işlərimiz hələ irəlidədir". Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri deyib ki, dünyanın hər bir ucunda Gürcüstan gəncliyinin dostu var: "Çox istərdim ki, bu tipli tədbirlərdə bizim fəal gənclərimizin də iştirak şansı olsun. Buna ümüd edirik".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00