“KİA”nın vurduğu 2 piyada ölüb
3 İyun 2016 14:49 SosialHacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyunun 2-də saat 09 radələrində Hacıqabul rayonunun Qarasu kəndində Bakı şəhər sakini Anar Babayev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən şəhər sakini Oqtay Hənifəyevi və Kürdəmir rayon sakini Vüsal Burxanovu vurub. Xəstəxanaya yerləşdirilimiş piyadalar orada ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00