Avtobusun vurduğu piyada 1 gün yaşadı

Paytaxtda avtobus piyada ölümünə səbəb olub. "Olaylar" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, iyunun 1-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Mehman Əliyev idarə etdiyi "Daewoo" markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Elnur Babazadəni vurub. Xəstəxanaya yerləşdirilmiş E.Babazadə iyunun 2-də orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00